SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər Prokurorluğunda maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər Prokurorluğunda  maarifləndirici tədbir keçirilib
14-03-2019, 18:02

Naxçıvan şəhər Prokurorluğunda “Prokurorluq orqanlarında mülki müdafiə işinin etibarlı təşkili işçilərin təhlükəsizliyinin təmin olunmasında başlıca amildir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi mülki müdаfiə və fövqəladə hallardan qorunma sahəsində işçilərin hazırlanması istiqamətində görülən işlər, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi haqqında tədbir iştirakçılarına tövsiyyələr verməkdən, fövqəladə hallar zamanı mühafizə üsulları, ilk yardım və qarşılıqlı yardım məsələləri ilə bağlı işçiləri məlumatlandırmaqdan ibarət olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hаzırlığı üzrə bаş məsləhətçisi dövlət qulluqçusu Аzаdə Cəfərоvа «Prokurorluq sistemində mülki müdаfiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər. Fövqəladə hallar zamanı ilk tibbi yardım qaydaları» haqqında məlumat vermişdir. Məruzəçi həmçinin, muxtar respublikada ehtimal olunan zəlzələ, onun törətdiyi fəsadlar və bu zaman düzgün davranış qaydaları, təbii və texnogen qəzalar zamanı zərərçəkənlərə yerində ilk tibbi yardımın göstərilməsi, qanaxmanın dayandırılması, sınıqlara ilkin və düzgün müdaxilənin edilməsi haqqında dinləyicilərlə geniş söhbət aparmışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin əhаlinin mааrifləndirilməsi və mеtоdiki yаrdımın təşkili üzrə bаş məsləhətçisi Əbülfəz Qаfаrоv «Yаnğın təhlükəsizliyi qаydаlаrı, dəm qazı və ondan mühafizə üsulları» mövzusunda məruzə etmişdir. Məruzədə idarə, müəssisə və təşkilatlarda yanğına səbəb olan amillər, onun vaxtında və düzgün qarşısının alınması, qaz həmçinin, elektrik təsərrüfatından düzgün istifadə qaydaları və səssiz gələn ölüm-dəm qazı haqqında dinləyiciləri məlumatlandırmışdır.
Tədbirdə mövzular slayd və videoçarxlarla əyani şəkildə dinləyicilərə çatdırılmışdır. Prokurorluq əməkdaşları keçirilən tədbiri rəğbətlə qarşılamış, onları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 483
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031