SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində növbəti tədbir keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində növbəti tədbir keçirilib-FOTO
14-03-2019, 17:45

Ali təhsil ocağında çalışan gənc doktorantlar, magistrant və tələbələrin fəal iştirakı ilə “Ali məktəbdə gənclərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təcrübəli tədqiqatçı-pedaqoqların da dəvət edildiyi tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev qeyd etdi ki, müasir dünyada istənilən bir ölkədə iqtisadiyyatı uğurla inkişaf etdirmək üçün innovativ ideyaların tətbiq olunması və bu prosesin effektiv şəkildə həyata keçirilməsi qaçılmazdır. Elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində dövlətimizin həyata keçirdiyi siyasəti şərtləndirən amillər, bu istiqamətdə qəbul olunmuş mühüm dövlət sənədləri, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il Sərəncamı və digərlərinin mahiyyəti, məzmunu və qarşıya qoyduqları vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Natiq Azərbaycan Respublikasında innovasiya pontensialı və inkişafının müasir vəziyyəti, Azərbaycanda dövlət innovasiya siyasətinin reallaşma istiqamətləri, innovativ ideyalar əsasında yaranmış Azərbaycan brendlərindən danışıb. Muxtar respublikanızda bu sahədə görülənlən işlərdən, yaradılmış şəraitdən bəhs etdi. Qeyd olundu ki, ötən il institutumuz muxtar respublika səviyyəsində keçirilən startap müsabiqəsində bir neçə layihə ilə iştirak etmiş, “Nads” layihəsi birinci yerə layiq görülüb. Rektor Naxçıvan Müəllimlər İnstitutunda çalışan gənc doktorantlar, təhsil alan magistrant və tələbələri innovativ inkişaf yönümlü tədbirlərdə, o cümlədən startap fəaliyyətində fəal iştiraka dəvət etdi və institut səviyyəsində belə fəaliyyətin dəstəklənməsi üçün zəruri və mümkün olan bütün işlərin görüləcəyini bildirib.
Mövzu ətrafında müzakirələr maraqlı oldu. Gənclərin müzakirələrdə fəal iştirakı, bu sahədə nümayiş etdirdikləri biliklər, dünya və ölkə təcrübəsinə aid faktlar barəsində verdikləri məlumatlar, etdikləri təkliflər, qaldırdıqları məsələlər dəyirmi masanın əhəmiyyətini xeyli artırmış olub. Tədbir təşkilatçıları və tədqiqatçı-pedaqoqlar verilən sualları cavablandırdılar, uyğun tövsiyələrini veriblər. Müzakirələrin yekununda aid strukturlara konkret tapşırıqlar verildi. “Elm aylığı”nın bu tədbiri də yaddaqalan olub.
Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində növbəti tədbir keçirilib-FOTONaxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində növbəti tədbir keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 296
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031