SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda yeni əmək fəaliyyətinə başlayan 147 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim olunub

Culfa rayonunda yeni əmək fəaliyyətinə başlayan 147 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim olunub
14-03-2019, 17:33

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə Culfa rayon Seçki dairəsinin iclas zalında yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Culfa rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zahir Xudiyev açaraq tədbirin əhəmiyyəti barədə məlumat verilib.
Tədbirdə Fondun Culfa rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramin Həsənquliyev qeyd etmişdir ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını qanunvericiliyə uyğun həyata keçirmişdir. Həmçinin şöbənin müdiri bildirmişdir ki, işləyən hər bir vətəndaş fərdi uçot sistemində qeydiyyata alınaraq, onlara uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır. Bununla da istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxartmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə də imkan verir.
Tədbirdə Culfa rayon Vergilər şöbəsinin rəisi Qurban Hacıyev çıxış edərək “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməklə sığortaolunanlar gələcəkdə baş verə biləcək sosial sığorta hadisələrindən sığortalanmış olacaqlar.
Tədbirdə şöbəsinin Sosial sığorta sektorunun müdiri Qulam Novruzov fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
Məlumat üçün bildirilir ki, ümumilikdə Culfa rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 147 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Bunlardan 43 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 3 sığortaolunan yerli özəl müssisədə çalışan sığortaolunanlar, 101 nəfər isə fiziki şəxslər olub.
Tədbirin sonunda sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 203
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031