SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda “Qızılgül və yerfıstığı bitkilərinin iqtisadi səmərəliliyi” mövzusunda tədbir keçirilib

Ordubad rayonunda  “Qızılgül və yerfıstığı bitkilərinin iqtisadi səmərəliliyi” mövzusunda tədbir keçirilib
14-03-2019, 16:54

14 mart 2019-c il tarixində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatı sahiblərinin iştirakı ilə “Qızılgül və yerfıstığı bitkilərinin iqtisadi səmərəliliyi” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Məmmədov açaraq rayonda ailə təsərrüfatlarına göstərilən dövlət qayğısından və onlara yaradılan şəraitdən danışıb. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Xaliq Abbasov və Valeh Mehdiyev mövzu haqqında çıxış ediblər. Çıxışlarda deyd olunub ki, Ordubad rayonunu dağlıq və düzənlik ərazilərə malik olması burada əkinçiıiyin bir çox istiqamətinin inkişafına geniş imkanlar yaradır. Dağ ətəyi yerlərdə başqa bitkilərlə yanaşı yer fısdığı və qızılgül bitkisinin əkilib becərilməsi yüksək nəticə və səmərə verə bilər. Bu bitkilər az zəhmət tələb edən, çox gəlir gətirən bitkilərdir. Qızılgülün 300-dən artıq növü və 10000-dən çox sortu məlumdur. Başqa bitkilər kimi, hazırki qızılgüllər də xalq seleksiyasının məhsullarıdır. Bəzək məqsədindən başqa qızılgüldən ətriyyatda, konserv sənayesində, ətirli çayların hazırlaımasında və təbabatda geniş istifadə edilir. Bundan başqa qızılgüldən gül mürəbbəsi, gülqənd, gül suyu və gülab hazırlanaraq kulinariyada geniş istifadə olunur. Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunmuş, bu gündə davam etdirilir. Bu bitkinin əkini zamanı vegetativ üsulla əkilməsi daha effektlidir. Vegetativ üsulla artırmada kolların bölünməsi, köklərlə, odunlaşmış və yaşıl çubuqlarla, kök pöhrələri və calaqdan istifadə olunur. Erkən yazda qızılgül kolları qazılıb çıxarılır, sonra iti bağ qayçısı ilə gövdələr köklərlə birlikdə kəsilib ayrılır və yerüstü hissəsi 3-4 tumurcuğa kəsilərək erkən yazda əkilir.

Həmçinin vurğulanıb ki, Yer fısdığı qiymətli yağlı bitkidir. Onun toxumlarında 48-65% ərzaq yağı və 23-38% zülalın olması bu bitkinin bir çox sahələrdə işlənməsində mühüm rol oynayır. Belə ki, yer fısdığı yağı konserv sənayesində, marqarin alınmasında, sabunbişirmə sənayesində və tibbidə geniş istifadə olunur. Dünya əkinçilik sistemində bu bitkinin əkin sahəsi 21-22 milyon hektara yaxındır. Yüksək məhsul və iqtisadi səmərə verən bitkidir. Bu bitki istilik, işıq və nəmlik sevən bitkidir. Toxumlar 12 dərəcə temperaturda cücərməyə başlayır. Bu bitki eyni zamanda şoran və bataqlıq torpaqları sevmir. Vegetasiya müddəti 120-160 gündür. Səpin üçün iri və ağır toxumlar götürülür. Mütləq kütləsi 200-400 və 300-800 qram arasında dəyişir. Səpin 70 sm gencərgəli üsulla aparılır. Bitki ilə bitki arası məsafə 15-20 sm olmalıdır. Toxum 6-8 sm dərinliyə basdırılmalı. toxum norması 50-150 kq arasında dəyişə bilir. “Ailə təsərrüfatlarının ixtisaslaşması və inkişafı etdirilməsi istiqamətində bu bitkilər aqrotexniki qaydada əkilib becərilərsə rayonunda ailə təsərrüfatının gəlirlərinin artmasına və ailə büdcələrinin genişlənməsinə şərait yaranar.Qeyd olunub ki bu bitkilərin əkininin aparılması zamanı kiçik həcilmli müasir kənd təsərrüfatı texnika və aqreqatlarından istifadə etməklə əl əməyinin yüngüləşdirilməsinə, çəkilən xərcin azaldılmasına nail olmaq olar.

Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb. Mutəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 164
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031