SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Bu prosesin qarşısı alınmazsa..." - Qorxunc proqnoz

14-03-2019, 22:21

"Dənizlərin plastik kütlələrlə zibillənməsi gələcəkdə bir sıra çətinliklər yaradacaq. Hesablamalar göstərir ki, bu prosesin qarşısı alınmazsa, 2025-ci ildə bu kütlələrin dənizdə həcmi balıqların həcmindən çox olacaq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sözləri Kanadanın Avropa Birliyində xüsusi səfiri Stefan Dion VII Qlobal Bakı Forumunda Davamlı inkişaf problemləri panelində çıxışı zamanı deyib.

S.Dion bildirib ki, bu sahədə ciddi addımlar atılmalıdır, əks təqdirdə çox şey itirəcəyik.

“Hər bir ölkə Parisdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Elm də bunu bizdən tələb edir. Orta illik temperaturun hər il nə qədər artması bizim gələcək nəsillərin həyatına birbaşa təsir edəcək. Neft, qaz və kömür yandırmaqdan vaz keçməliyik. Hələ də bu məhsullardan istifadə ümumi enerjidən istifadənin 85 faizini təşkil edir”.

Sloveniyanın keçmiş prezidenti (2007-2012) Danilo Truk bildirib ki, bu gün ən vacib problemlərdən biri dünyada içməli su problemidir:
“Hazırda dünyada 2 milyard insanın təmiz suya çıxış imkanı yoxdur. Növbəti illərdə bu 2 milyon da arta bilər. Bu problemin həlli üzərində ciddi düşünməliyik. Hesab edirəm ki, çıxış yolu regional əməkdaşlıqdır. Seneqal çayı üzərində dörd Afrika ölkəsi yerləşir. Suyun bölüşdürülməsi üçün razılıq əldə etməsi bu ölkələrin su problemi həll edir. Gələcəklə bağlı nikbin fikir səsləndirməkdən uzağam, lakin dayanıqlı inkişaf üçün qarşılıqla əməkdaşlıq qurulmalıdır”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 110
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031