SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir

AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir
14-03-2019, 15:51

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev elmə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, alimlər üçün yaradılan şərait bu gün elmi tədqiqatlarının imkanlarını genişləndirir və səmərəli nəticələrin əldə edilməsinə zəmin yaradır.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov rəhbərlik etdiyi müəssisənin 2009-2018-ci ildəki elmi fəaliyyətinə dair hesabatla çıxış edib. O, institutda Naxçıvan Muxtar Respublikanın təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, o cümlədən sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması, regionun coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, ötən dövr ərzində institut əməkdaşlarının 1030 elmi əsəri işıq üzü görüb. Bunlardan 54-ü impakt faktorlu və 3-ü Thomson Reuters indeksli jurnallarda nəşr edilib.

Diqqətə çatdırılıb ki, əməkdaşlar tərəfindən Darıdağ termal suyunun quru qalığı, Biləv alüminium süxurundan-kalium-alüminium zəyi, alüminium sulfat duzu, ammonium-alüminium zəyi, alüminium hidroksid alınıb. Eyni zamanda müalicəvi “Şorsu palçığı”nın kimyəvi analizi aparılaraq, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib.
Tədbirdə institut əməkdaşlarının elmi fəaliyyətini əks etdirən elmi nəşrlərdən ibarət sərgi nümayiş edilib.


AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir
AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 34
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031