SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib
14-03-2019, 15:17

Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan şəhər daxili avtomobil yollarının yenidən qurulması layihəsi uğurla icra olunur. Sərnişin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi istiqamətində maarifləndirici tədbirlərin də davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, nazirliyin təşəbbüsü ilə səsli mətnlərin elektron kartlara köçürülərək şəhərdaxili marşrutlarda səsləndirilməsi, Gənclər Fonduna üzv olan bir qrup könüllü tələbə-gənclər tərəfindən piyada və sərnişinlərə bukletlərin paylanılması bu tədbirlər sırasındadır. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən- polis polkovniki tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.

Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. Nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı məlumat verilib. Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarında artıq müsbət nəticəyə nail olunduğunu qeyd edən Ayaz İsmayılov bildirib ki, 2016-cı ildə 20, 2017-ci ildə 12, 2018-ci ildə isə 7 nəfərin həlak olması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribsə, 2019-cu ildə isə hələ ölümlə nəticələnən yol qəzası olmayıb.
Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Toğrul Məmmədli Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolundan danışıb.
Sonda Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç, həyatından keçmə”, “Piyada və sərnişinin vəzifələri” adlı videoçarxlar nümayiş olunub. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.


Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 318
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031