SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub
14-03-2019, 13:27

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimat olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq fundamental nəşrin elmi dəyərindən danışıb. Alim bildirib ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” kitabında bu diyarın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar yer alıb. Nəşrdə muxtar respublikanın fiziki, iqtisadi-sosial coğrafiyasının kompleks məsələləri işıqlandırılıb.
Akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə çap olunan kitabın birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri əks olunub. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.
Diqqətə çatdırılıb ki, nəşrin ikinci cildində muxtar respublikasının iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrinə aid elmi tədqiqatların nəticələri hərtərəfli işıqlandırılıb. Əsərdə bu diyarın siyasi və iqtisadi coğrafi mövqeyi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, əhalinin məskunlaşması və digər ən yeni statistik məlumatlar yer alıb. Həmçinin Naxçıvanda sənayenin, kənd təsərrüfatın və infrastrukturun əsas sahələri araşdırılıb, inzibati ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə ətraflı təhlil olunub. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla ikinci cilddə ictimaiyyətə təqdim olunub.
Daha sonra Naxçıvan Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası Azərbaycan elmində yeni nailiyyətdir” mövzusunda məruzəsi dinlənilib.
Sonda bölmənin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin kiçik elmi işçiləri Qiyas Qurbanov və Lamiyə Əliyeva çıxış edərək yeni nəşrin elmi dəyərindən söz açıblar.
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 64
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031