SON DƏQQƏ

naxcivanxeberleri.com

İşğaldan azad olunmuş ərazilərdə rabitə şəbəkəsi qurulacaq

İşğaldan azad olunmuş ərazilərdə rabitə şəbəkəsi qurulacaq
29-10-2020, 18:43

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zəruri rabitə şəbəkəsinin qurulması, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunması nəzərdə tutulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.

Sənədə əsasən, bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.

“Azərkosmos” ASC isə həmin ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031