SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib
29-10-2020, 16:52

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar Elm və Mədəniyyət” beynəlxalq konfransında iştirak edib.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının zoom proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Fərman Xəlilov “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi isinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, onun Möcüz yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb və Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30