SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 510 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Naxçıvanda 510 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
14-03-2019, 09:00

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən fevral ayında da diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürül müş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Tumbul kəndində ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılmış, 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair torpaq balansı tərtib edilmişdir. Şərur rayonunun Yuxarı Aralıq kəndində isə planaalma işləri başa çatdırılmış, Babək rayonunun Cəhri kəndində planaalma davam etdirilmiş, ay ərzində 1999 daşınmaz əmlak obyekti plana alınmışdır.
Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan 1 nömrəli sahə inzibati ərazi dairəsində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb. Fevral ayında 510 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 384 texniki sənəd hazırlanmış, yeni yaranmış 55 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilmiş, 17 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılıb. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 52 vətəndaşın müraciətinə baxılmış, 44 vətəndaşa elektron xidmətlər göstərilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930