SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ötən ay 3714 uşaq haqqında fərdi məlumat elektron məlumat bankına daxil edilib

Naxçıvanda ötən ay   3714 uşaq haqqında fərdi məlumat elektron məlumat bankına  daxil edilib
13-03-2019, 17:52

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı tədbirlər, monitorinqlər və intellektual oyunlar keçirilir, muzeylərə ekskursiyalar təşkil olunur. Ötən ay Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 3 uşaq müəssisəsində monitorinq aparılmış, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 3714 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 4 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, Heydər Əliyev adına tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlara tolerant mühitin yaradılması ilə bağlı valideynlər, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş 1 uşağın uçotu aparılmış, Naxçıvan şəhərində fəaliyyət göstərən 2 uşaq bağçasında “Ağıllı Uşaq” İntellektual Oyunu keçirilmiş, iştirak edən və qalib olan uşaqlara diplom və fəxri fərmanlar verilib. Fevral ayında aztəminatlı ailədən olan 3 qadının peşə kurslarına cəlb olunması, müraciət etmiş 7 qadının isə işlə təmin olunması üçün məlumatları aid orqanlara göndərilib. Babək rayonunun Nehrəm kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici bröşür paylanılmışdır. Həmçinin aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, 1 ailəyə müvafiq köməklik göstərilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031