SON DƏQİQƏ

09:10 - DÇ: Bu gün Azərbaycanın son 4 güləşçisi mübarizəyə başlayacaq

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

naxcivanxeberleri.com

Naxçıvanda “Vətən naminə” hərbi-idman oyunu keçirilib

Naxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilib
13-03-2019, 17:06

Naxçıvan Atıcılıq Mərkəzində, “Naxçıvan” Mərkəzi Təlim Mərkəzində və N saylı hərbi hissənin idman şəhərciyində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu gün muxtar respublikada uğurla həyat keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasıdır. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi son dövrlərdə xeyli yüksəlib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir. Gənclər və İdman Nazirliyi tərəfindən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə mütəmadi olaraq tarixi günlərlə əlaqədar inşa yazı, şeir, rəsm müsabiqələri, yeniyetmə və gənclərin tarixi abidələrə ekskursiyaları təşkil olunur, məktəblilər arasında “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Vətən naminə” hərbi-idman oyununun da məqsədi gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Daha sonra Əlahiddə Ümumqoşun Ordu komandirinin müavini, general-mayor Teymur Eyyubov çıxış edərək hərbi-idman oyunun keçirilməsinin mahiyyəti haqqında məlumat vermiş və komandalara uğurlar arzulayıb. “Vətən naminə” hərbi-idman oyunu “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açılması”, “Fiziki hazırlıq” (“100 metr məsafəyə qaçış”, “Turnikdə dartınma”), “Maneələrin dəf olunması” mərhələlərindən və Peyntbol yarışından ibarət olmuşdur. Sonda hakimlər heyəti tərəfindən hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi ballar cəmlənərək onluq dəqiqliyi ilə hesablanmış qalib komandalar müəyyən olunub. Nəticələrə əsasən Naxçıvan Dövlət Texniki Kollecinin "Zirvə" komandası I yerə, Naxçıvan Dövlət Universitetinin "Naxçıvan" komandası II yerə, "Naxçıvan" Universitetinin "İstiqlal" komandası III yerə çıxmışlar. Qalib komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunmuşlar. Ümumilikdə 130 nəfərə yaxın gəncin iştirak etdiyi hərbi-idman oyunu Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilibNaxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilib
Naxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilibNaxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilib
Naxçıvanda  “Vətən naminə” hərbi-idman oyunu keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30