SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında görkəmli alimin mühazirələri dinlənilib-FOTO

Ali təhsil ocağında görkəmli alimin mühazirələri dinlənilib-FOTO
13-03-2019, 12:30

Azərbaycan Texniki Universitetinin “İnformasiya Texnologiyaları və proqramlaşdırma” kafedrasının professoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, Macarıstanın Obuda, Rumıniyanın Arad Universitetinin fəxri professoru, UNESCO Beynəlxalq Kadrlar Akademiyasının fəxri texnika elmləri fəlsəfə doktoru, Fuzzy Sistem və Soft Computinq sahəsindəki mühüm elmi nəticələrinə görə Rusiya Fuzzy Sistem və Soft Computinq Cəmiyyətinin adamı Şahnaz Şahbazova Naxçıvan Dövlət Universitetində mühazirə demək üçün dəvət olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə çıxış edən universitetin Həmkarlar ittifaqı komitəsinin sədri, İnformatika kafedrasının dosenti Elşən Məmmədov qonağı salamlayaraq universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ali təhsil ocağında keçirilən bu mühazirələrin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığı vurğulanıb.
Professor iki gün davam edən mühazirələrdə tələbələrə Qeyri-səlis məntiq qeyri-səlis deyil dünya şöhrətli Azərbaycanlı alim Lütfi Ə. Zadə, Təlim və biliyə nəzarət intellektual informasiya sistemi kompleksinin arxitekturasının modelləşdirilməsi, Bilik mühəndisliyinin əsasları, Tələbələrin biliyinin interaktiv qiymətləndirməsi adlı 4 mühazirə deyib.
İlk mühazirəsində görkəmli azərbaycanlı alim haqda geniş məlumat verilib. Mühazirədə qeyd edilib ki, alim öz sözləriylə bildirir ki, Qeyri-səlis məntiq qeyri-səlis deyildir. Qeyri-səlis məntiq, əsasən, qeyri-dəqiqlik və təxmini düşüncənin dəqiq məntiqidir. Daha spesifik olaraq, qeyri-səlis məntiqə insan qabiliyyətinin iki diqqətəlayiq formalizasiyası kimi baxıla bilər.
İkinci mühazirə avtomatlaşdırılmış tədris kompleksinin arxitekturasının qurulmasına və layihələndirilməsinə, Bilik mühəndisliyinin əsasları adlı üçüncü mühazirə isə biliklərin təsnifatı, biliklərin alınmasının meyarları, biliyin aşkarlanmasının problemlərinə həsr olunub.
Ali təhsil ocağında görkəmli alimin mühazirələri dinlənilib-FOTOAli təhsil ocağında görkəmli alimin mühazirələri dinlənilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031