SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məhkəmə simulyasiyası layihəsinin birinci mərhələsinin yekunu keçirilib-FOTO

Məhkəmə simulyasiyası layihəsinin birinci mərhələsinin yekunu  keçirilib-FOTO
22-10-2020, 20:52

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və  Gənclər Fondunun birgə təşəbbüsü ilə keçirilən “Məhkəmə simulyasiyası” layihəsinin birinci mərhələsinin yekunu keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu layihənin iştirakçıları olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün dörd təlim təşkil edilmişdir. Təlim Gənclər Mərkəzində və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilmişdir.

Nazirliyin, Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının iştirak ilə keçirilən təlimlərdə tələbələrə iddia ərizəsi, etiraz, vəsatət verilməsi qərardad, qətnamə və məhkəmənin digər yekun qərarlarının layihələrinin hazırlanması izah edilmiş, onların bu qərarların layihələrinin hazırlanmasında iştirakları təmin edilmişdir. Həmçinin tələbələr təlimlərdə seçilən mövzular ətrafında məhkəmə prosesində tərəf kimi iştirak etmişlər. 

Layihənin yekunu olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin məhkəmə zalında 2 qrupla bu istiqamətdə məhkəmə prosesi təşkil olunmuşdur. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilib və sonda məhkəmə ittiham hökmünü elan edib. Proses zamanı hər iki qrup fəallıq göstərmiş, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.

Layihə tələbələr tərəfindən maraqla qarşılanmış, onların praktiki biliklərə yiyələnmələrinə və bu sahə üzrə peşə bacarıqlarının əldə olunmasına müsbət təsir etmişdir.

Sonda layihədə fəal iştirak edən tələbələrə təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir. Layihənin gələcəkdə digər tələbə qrupları ilə də keçirilməsi nəzərdə tutulur.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930