SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib-FOTO

Gənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib-FOTO
12-03-2019, 18:36

Gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə gənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Yusifli Müzəffər Muzey haqqında məlumat verərək bildirmişdir ki, Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk və unikal muzeylərdən biridir. Muzey 2017-ci ildə yaradılmış və onun ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, "Mi-8T" döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillərdən ibarət 33 eksponat nümayiş olunur. Hər bir döyüş texnikası audio-məlumatlandırma sistemi ilə təmin edilib. Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək bildirmişdir ki, xalqımız hər zaman gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət göstərib və ona ən vacib məsələ kimi baxıb. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hisslərdəndir. Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın, soydaşlarının hər bir uğuruna sevinmək hissi təbii olsa da, bütün digər hisslər kimi tərbiyəyə ehtiyacı var və təbliğat yolu ilə daha da möhkəmlənir. Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Gənclərlə bağlı qəbul edilmiş hüquqi-normativ aktlarda, fərman və sərəncamlarda, dövlət proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən xəbər verir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir. Qürur hissi ilə deyə bilərik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər.
Əlahiddə Ümumqoşun Ordunun zabitləri tərəfindən Muzeydə olan eksponatlar haqqında gənclərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. 30 nəfər gəncin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.Gənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib-FOTOGənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib-FOTOGənclərin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil edilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031