SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
12-03-2019, 17:44

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, o cümlədən əlamətdar və bayram günlərində onların iştirakı ilə görüş və şənliklərinin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə martın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.

Tədbirdə Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu mahnı və rəqslər, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşalardan səhnələr ifa ediblər. Həmçinin, Mərkəzdə reabilitasiya kurslarına cəlb edilmiş uşaqların iştirakı hazırlanmış yaradıcılıq nümunələri də maraqla qarşılanıb.

Şənlikdə iştirak edən bayram personajları Kosa və Keçəl də uşaqlarla rəqs edib, tədbirdə xoş ovqat yaradıblar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirilib

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930