SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 27 mart-Elm günü ilə əlaqədar doktorant və dissertantlarla görüş olub

Naxçıvan Dövlət Universitetində  27 mart-Elm günü ilə əlaqədar doktorant və dissertantlarla görüş olub
12-03-2019, 16:51

Naxçıvan Dövlət Universitetində “27 mart-Elm günü”nə həsr olunmuş doktorant və dissertantlarla görüş olub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda “Elm günü” kimi təsis edilməsi haqda 2018-ci il 9 aprel tarixli Sərəncamını diqqətə çatdırıb. Bildirilib ki, bu dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Rektor vurğulayıb ki, 1998-ci ildə universitetdə Dissertasiya şurası yaradılıb. 2018-2019-cu tədris ili ərzində elmlər doktoru üzrə 5, fəlsəfə doktoru proqramı üzrə 7 doktorant, 27 dissertantın qəbul olduğu bildirilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev qeyd edib ki, elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalayıb. Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olduğunu diqqətə çatdırıb. Naxçıvanda elm adamlarının çıxardığı elmi məqalələrin sayının 25000-ə çatdığı bildirilib.

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.

Sonda dissertantların sualları cavablandırılıb, edilən təkliflər dəyərləndirilib.


Naxçıvan Dövlət Universitetində  27 mart-Elm günü ilə əlaqədar doktorant və dissertantlarla görüş olub
Naxçıvan Dövlət Universitetində  27 mart-Elm günü ilə əlaqədar doktorant və dissertantlarla görüş olub
Naxçıvan Dövlət Universitetində  27 mart-Elm günü ilə əlaqədar doktorant və dissertantlarla görüş olub

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031