SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda maarifləndirici tədbir keçirilib

Babək rayonunda maarifləndirici  tədbir keçirilib
12-03-2019, 09:46

Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə 11 mart 2019-cu il tarixdə Babək rayon Mədəniyyət Şöbəsində «Mədəniyyət müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması» mövzusunda maarifləndirici tədbir keçirilib.
FHN-nin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirin əsas məqsədi mədəniyyət müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olub.
Tədbiri giriş sözü ilə açan Babək rayon Mədəniyyət Evinin müdiri Fariz Heydərov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış, mütəmadi keçirilməsinin önəmini vurğulayıb.
Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Təhlükəsizliyi Bölməsinin rəisi daxili xidmət mayoru Azər Zeynalov mədəniyyət müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında, eyni zamanda dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, iştirakçıların verdiyi suallar cavablandırılıb.
Babək rayonunda maarifləndirici  tədbir keçirilibBabək rayonunda maarifləndirici  tədbir keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031