SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fiziki şəxsin razılığı olmadan fərdi məlumatların verilməsinə hansı hallarda yol verilir?

Fiziki şəxsin razılığı olmadan fərdi məlumatların verilməsinə hansı hallarda yol verilir?
14-10-2020, 16:57

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumatların subyekti barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxsdir.

Həmin Qanuna əsasən fiziki şəxsin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız açıq kateqoriyalı fərdi məlumatlar verildikdə, konfidensial fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə, fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda yol verilir

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

    

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930