SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən tələbələr üçün tədbir təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən tələbələr üçün tədbir təşkil edilib
7-10-2020, 15:09

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə ötən dövr ərzində hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələri ilə müxtəlif formatli tədbirlər təşkil edilib.

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci kurs tələbələri üçün təşkil olunan növbəti tədbiri universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı dosent Yusif Hüseynov açaraq müvafiq sərəncamın əhəmiyyəti, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov slayd vasitəsilə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün nazirliyin müəyyən etdiyi istiqamətverici lahiyələr barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, ötən müddətdə nazirliklə univeristet arasında təsdiq edilmiş tədbirlər planına əsasən “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə tələbələrlə birgə nazirliyin fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələr həyata keçirilib. Ədliyyə sahəsində müxtəlif fəaliyyət istiqamətlərinə uyğun yönləndirici layihələri hazırlayıb həyata keçirməsi, tələbələrə təcrübə əhəmiyyətli dərslərin  keçirilməsini təmin edilməsi, onların bu sahələri dərindən mənimsəməsinə imkan yaradır.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə ətraflı məlumat vermişdir. Vurğulamışdır ki,  tələbələr ədliyyə fəaliyyəti ilə bağlı prinsiplərin mahiyyətini mənimsəməklə müxtəlif innovativ ideyaları özündə əks etdirən startap layihələri irəli sürə bilərlər. Bunun üçün həyata keçirilən tədbirlərdə və praktiki məşğələlərdə  gənc tələbələr fəal iştirak etməlidirlər.

Tədbirin sonunda müzakirələr aparılmış, tələbələrin sualları cavablandırılmışdır.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031