SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir

Azərbaycanda 100-ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir
10-03-2019, 16:37

Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanmış ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.

2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.

2018-2019-cu tədris ili üzrə Gürcüstan üçün tədrisin Azərbaycan dilində aparıldığı məktəblərin I-XI sinifləri üçün 24 adda 24127 nüsxə "Azərbaycan dili", "Ədəbiyyat" dərsliyi və metodik vəsaitlər ayrılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031