SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərdar Ünsal: "Ermənilər şərəfsizcə hücum edir"

Sərdar Ünsal: "Ermənilər şərəfsizcə hücum edir"
6-10-2020, 11:42

Sərdar Ünsal: "Azərbaycan öz əzəli və tarixi torpaqlarının işğaldan azad olması uğrunda haqq döyüşü edir.Biz də Türkiyə dövləti olaraq hər zaman qardaş Azərbaycanın yanındayıq.Şanlı Azərbaycan ordusu müharibə qaydalarına, qəbul olunmuş Cenevrə Konvensiyasına uyğun olaraq öz torpaqlarında antiterror əməliyyatları aparır.Ermənilər isə şərəfsizcə mülki şəxslərə hücum edir, Azərbaycanın dilbər guşələrini raket atəşinə tuturlar".
Bu fikirləri NAXCİVANXEBERLERİ.COM-a Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib. 
Ermənistan  Azərbaycan Ordusunun Qarabağda irəliləməsinin qarşısını ala bilmir və mülki insanları hədəf alıb hücum edərək zəifliyini göstərir.1915-1920-1992 ci illərdə silahsız insanları vəhşicəsinə qətlə yetirən ermənilər bu gün güclü Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək işğal etdikləri ərazilərdən geri çəkilirlər.Gəncə şəhərinə atılan raket bir neçə nəfərin ölümünə və yaralanmasına səbəb olub. Ermənistan sülhün və  tərəfdaşlığın önündə bir əngəldir.
Düşmənə layiqli cavab veriləcək deyə çıxış edən Sərdar Ünsal bildirib ki, güclü Azərbaycan Ordusu işğal edilən torpaqlarını geri alır. Ermənistan isə mülki əhalini hədəf alır, uşaqları, silahsız insanları öldürür. Təslim olan düşmən əsgərlərinə atəş açmayan Azərbaycan tərəfi müharibə qaydalarına tamamilə uyğun davranır. 
Avropa Birliyi, ABŞ və Rusiya bu fərqi görməli, Cenevrə Konvensiyasına və bütün hüquqi qaydalara əməl etməsi üçün Ermənistana təzyiq göstərməlidir. Erməsintanın Azərbaycan Ordusu ilə savaşmağa gücü yoxdur, onun gücü ancaq mülki əhaliyə çatır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031