SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi olub

Ailələr ipoteka kreditindən yararlanaraq mənzil sahibi olub
6-12-2018, 21:58

Cari ilin ötən dövrü ərzində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhaliyə 2 milyon 151 min 922 manat məbləğində ipoteka krediti verilib. Həmin dövrdə ümumilikdə, fond tərəfindən verilən vəsait hesabına 54 ailə mənzillə təmin olunub ki, həmin ailələrin 19-u ipoteka kreditinin güzəştli şərtlərindən yararlanıb.

Bu ilin ötən dövrü ərzində daşınmaz əmlakın dövlət reyestrində 292 ipoteka qeydiyyatı aparılıb. İpoteka krediti hesabına əldə edilən 64 mənzil, 16 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bunun da 82,5 faizi Naxçıvan şəhərinin, 17,5 faizi isə muxtar respublikanın digər yaşayış məntəqələri üzrə qeydə alınmış daşınmaz əmlak obyektləridir.
(nuhcixan)

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031