SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çaylarda suyun səviyyəsi azaldı

Çaylarda suyun səviyyəsi azaldı
9-03-2019, 19:39

Çaylarda suyun səviyyəsində dəyişiklik müşahidə edilib. NAXCİVANXEBERLERİ.COM Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 115 kub/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 185 kub/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 48 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 13, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2018-ci il martın 04-də 371 sm), Şirvanda 203 sm (2018-ci il martın 04-də 233 sm), Salyanda 151 (2018-ci il martın 04-də 191 sm), Bankədə 168 sm (2018-ci il martın 04-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2018-ci il martın 04-də 105 sm) təşkil edib.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930