SON DƏQİQƏ

naxcivanxeberleri.com

  Kəngərlidə payız-qış mövsümünə hazırlıqla bağlı işlər davam edir

  Kəngərlidə payız-qış mövsümünə hazırlıqla bağlı işlər davam edir
2-10-2020, 16:43

Kəngərli Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrdə sakinlərə nümunəvi rabitə və internet xidmətləri göstərilib.

2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatı yaradılması istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq Kəngərli Rayon Rabitə İdarəsi tərəfindən payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə malmaterial ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən, generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,cari ilin doqquz ayında rayon ərazisində 88 yeni sabit şəbəkə telefon xətti çəkilib, 384 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranan nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, sıradan çıxan avadanlıqlar yeniləri ilə əvəz olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən avtomat telefon stansiyalarında müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Naziriliyi tərəfindən Naxçıvan Mərkəzi Avtomat Telefon Stansiyasına xüsusi avadanlıq quraşdırılıb. Yeni quraşdırılan avadanlıq Kəngərli rayonunda internetin sürətinin, həmçinin abonent sayının artımına xidmət edəcəkdir. Yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi ilbəil daha da yüksəldilir, maddi-texniki baza gücləndirilir, yeni Rabitə Evləri inşa olunur. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər sakinlərin bu xidmətlərdən səmərəli istifadəsinə geniş imkanlar açır. Bu tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsində Kəngərli Rayon Rabitə Evinin yeni inzibati binası inşa olunur. Yeni inşa olunan Rabitə Evi rayon sakinlərinə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsinə xidmət edəcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31