SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib

Naxçıvan Bölməsində vakant vəzifələri tutmaq üçün seçkilər keçirilib
1-10-2020, 15:36

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin ümumi yığıncağı keçirilib.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bu qurumun Tarix, Etnoqrafiya, və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar və Təbii Ehtiyatlar institutlarının şöbə və laboratoriyalarına aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə elanı barədə məlumat verib. O, elan üzrə müsabiqəyə bir elmlər, 12 fəlsəfə doktoru müraciət etdiyini bildirib.

Daha sonra seçkilərin keçirilməsi üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli seçilib.

Sonra gizli səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031