SON DƏQQƏ

naxcivanxeberleri.com

İcra işi üzrə icraatda iştirak edən tərəflər kimlərdir ?

İcra işi üzrə icraatda iştirak edən tərəflər kimlərdir ?
29-09-2020, 15:29

“İcra haqqında”  Azərbaycan Respublikasının Qanununa əsasən, icra sənədi üzrə icraatda yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxs iştirak edə bilər.İcraatda iştirak edən tərəflər tələbkar və borcludur. Xeyrinə və maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. İcra sənədinə əsasən müəyyən hərəkətlər etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.

İcraatda bir neçə tələbkar və ya borclu iştirak edə bilər. Bu zaman onlardan hər biri digər tərəfə münasibətdə icraatda müstəqil iştirak edir və ya icraatda iştirak etməyi iştirakçılardan birinə tapşıra bilər.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031