SON DƏQQƏ

naxcivanxeberleri.com

Ürək və damarları qoruyan tərəvəz

Ürək və damarları qoruyan tərəvəz
29-09-2020, 05:26

Bir çoxları bilir ki, balqabaq qaraciyər üçün ən faydalı tərəvzlərdən biridi. Lakin bu vitaminli tərəvəzin ürəyə də faydası çoxdur.

Mütəxəssislər qeyd edir ki, balqabaq və balqabaq tumu damarların divarlarını daha möhkəm və elastik edir, damarları aterosklerozdan qoruyur.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, damarlar daralır, zəif və kövrək olur, tez partlayır. Aterosklerozu damarlar, ürək və beyinin "qatili" adalandırırlar. Balqabağın tərkibində olan bioloji aktiv maddələr aterosklerozla mübarizə edir, onun inkişafını ləngidir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, kalium və maqneziumla zəngin olduğundan balqabaq ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi azaldır.

Ödqovucu təsirə malik balqabaq öd kisəsində durğunluğu azaldır, öd kisəsinin sağlamlığını qoruyur.

Balqabaq  şirəsi əla təbii sakitləşdiricidir. Bu balqabağın B qrupu vitaminləri ilə zəngin olduğuna görədir.

Ən güclü antioksidantlar olan A və E vitaminləri sayəsində balqabaq immun sistemini möhkəmləndirir, orqanizmdə qocalma proseslərini ləngidir, dərini cavanlaşdırır.    

Mütəxəssislər balqabağı əsasən çiy halda yeməyi tövsiyə edirlər. Balqabağı müxtəlif salatlara əlavə etmək çox yaxşıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031