SON DƏQQƏ

naxcivanxeberleri.com

Şəhərdaxili ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

Şəhərdaxili ictimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək
28-09-2020, 18:42

28 sentyabr tarixindən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, bunda öncə Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti Bakı şəhəri istisna olmaqla bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcəyi bildirilirdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031