SON DƏQQƏ

naxcivanxeberleri.com

Biz zəfər çalacağıq...

Biz zəfər çalacağıq...
28-09-2020, 16:50

Hər bir insan  dünyaya  göz açdıqda  ilk olaraq  anasını gördüyü kimi, ilk qədəmlərini də Vətən torpağında  atır. Elə  Vətən sevgisinin hərarətini də o zaman  duyur.  Vətən sevgisi  insanın qəlbinə hakim kəsilən, ana qədər müqəddəs bir hissdir.Tarixən Vətənimizin ərazisi dəfələrlə qəsbkarların hücumlarına məruz qalmışdır.  Bunun nəticəsdir ki,  torpaqlarımızın  bir hissəsi, Dağlıq Qarabağ kimi  dilbər güşəmiz ermənilərin  əlinə keçmişdir.  Bütün bunlar o zamankı  rəhbərlərin  yarıtmaz siyasəti nəticəsində baş vermişdir. Qürur hissi ilə deyə bilərik ki, bu gün isə  artıq  güclü dövlətimiz  və sərhədlərimizi  qoruyan  güclü ordumuz  var. Əgər vətənimizin  sərhədlərini qoruyan  güclü ordumuz varsa, dövlətimiz çox şeyə qadirdir. Əlbəttə Vətən sərhəddən başlayır.

Məlum olduğu kimi sentyabrın 27-də  saat 06:00 radələrindən başlayaraq  Ermənistan  silahlı qüvvələri  genişmiqyaslı  təxribat törədərək, cəbhəboyu zonada yerləşən  Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif  çaplı  artillerya qurğularından  intensiv atəşə  tutub.

Azərbaycan ordusu tərəfindən isə düşmənə layiqli cavab verilib. Belə ki, dünən  Füzuli rayonunun  Qaraxanbəyli, Qarvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar və Murovdağ zirvəsi düşməndən azad edilib.Bu  saata olan məlumata görə isə  Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən  təmizlənib, düşmən xeyli itki verib.Ermənistan silahlı qüvvələrindən  azad edilən  yüksəkliklərdən  və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun  bölmələri əldə olunmuş  müvəffəqiyyəti  artırmaq məqsədilə  əks-hücum əməliyyatlarını davam etdirməkdədir. Ermənistanın hərbi təxribatlarına layiqli cavab verilir, sarsıdıcı zərbələr vurulur.

   Ordumuzun gücü-qüdrəti, yenilməzliyi düşmənə bir daha nümayiş etdirildi. Silahlı Qüvvələrimizin  xalqımızın nicat yerinə, qürur mənbəyinə çevrildiyi bir daha  tədiqləndi. Sevincimizi, qələbəmizi, bu yüksəlişimizi içimizə sığdıra bilmirik… Azərbaycan ordusuna da elə bu cür QƏLƏBƏ yaraşırdı. Dünəndən başlayaraq əldə etdiyimiz uğurlar  xalqımızın zəfəridir. Cənab Prezidentimiz, Ali Baş Komandanın verdiyi əmr və tapşırıqlarla  Qələbəyə gəlib çatacağımıza 30 illik həsrətimizə son qoyulacağına  inanırıq. Bunun üçün aylar-illər deyil  artıq günlər kifayət edəcək. Doğrdan da işğal olunmuş torpaqları azad etmək üçün Azərbaycan ordusuna bir neçə gün kifayət edərmiş. Çünki sadəcə bir gün ərzində neçə ərazimiz düşməndən azad edildi. Üçrəngli bayrağımızın  həmin torpaqlarda dalğalancağı günü gözləyirik. 

Bu zəfər, bu qələbə yurddaşlarımızın sabaha olan inamını,ümidini daha da yüksəltdi. Azərbaycan ordusu qələbə əzmindədir. QƏLƏBƏ Azərbaycanındır. QƏLƏBƏ bizimdir. Çünki haqq bizimlədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində də dediyi kimi:  “Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq.  Bizim işimiz  haqq işidir.  Biz zəfər çalacağıq.  Qarabaq bizimdir, Qarabaq Azərbaycanındır”.

Bəli bu torpaqlar bizim xalqa məxsusdur. Biz kiminsə torpağını ələ keçirmirik, doğma torpaqlarımızı məkirli düşmandan azad edirik. Bu torpaqlarda zəfər çalacağımız gün qarşıdadır. Ölkə başçısı cənab İlham Əliyevin  müdrik siyasəti, rəşadətli ordumuzun  qüdrəti, xalqımızın əzmi və Azərbaycana dəstək olan  dost ölkələrin  birliyi sayəsində, inanırıq ki,  Şəhid qanı ilə  suvarılmış  müqəddəs torpaqlarımız tez bir zamanda düşmən əsarətindən  azad oluncaq və şanlı bayrağımız  Qarabağda dalğalanacaq. Biz əminik ki, Vətənpərvərlik ruhu ilə silahlanmış Azərbaycan əsgərinin qarşısında bütün silahlara sarılmış düşmən tab gətirə bilməz.Tanrım ordumuzu qorusun. Dualarımız sizinlədir Azərbaycan əsgəri!!!

 

Nuray ƏSGƏROVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031