SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağbulaq kəndində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb

Ağbulaq kəndində daşınmaz əmlak obyektlərinin  pasportlaşdırılması başa çatdırılıb
8-03-2019, 12:50

2018-ci il dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikililərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
Verilən tapşırıqların icrasını təmin etmək üçün kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib, torpaq ehtiyatlarının qorunması və səmərəli istifadə edilməsi sahəsində qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılıb, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yer quruluşu xəritəsi hazırlanıb. Torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilib, qanunvericiliyə uyğun aradan qaldırılıb. Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılıb və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilib.
Artıq Ağbulaq kəndində tikililərin pasportlaşdırılması tam başa çatdırılıb. Fevralın 28-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu yeni hazırlanmış mülkiyyət sənədlərini kənd sakinlərinə təqdim edib. 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, yardımçı tikililər inventarlaşdırılıb.
Qeyd edək ki, kənddə aparılan kompleks quruculuq işlərinin davamı, vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq kənd sakinlərinə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı və inventarlaşdırılması tamamilə dövlət hesabına həyata keçirilib.

Ə.Rzayev

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031