14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
13:51 - Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında
13:39 - Türkiyə sahillərində zəlzələ qeydə alınıb
13:30 - Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
13:20 - I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
13:12 - NASA Marsda oksigen yaratmağa nail olub
13:00 - Şagirdlərdə mütaliəyə maraq artmışdır-FOTO
12:49 - Naxçıvan Dövlət Universitetində elmi konfransı keçirilib
12:45 - Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
12:37 - Muxtar respublika sahibkarları hərtərəfli qayğı ilə əhatə olunublar
12:29 - Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində maarifləndirici tədbir keçirilib
12:24 - "YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
12:16 - Yunanıstanın baş naziri: "Ərdoğanla görüşəcəyəm"
12:11 - Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır
12:00 - Aşıq Ələsgərin 200 illiyi Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilmişdir-FOTO
DTX məlumat yaydı
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınmışdır.
NAXCİVANXEBERLERİ.COM Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlunun satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılmış, Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.