SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuzda payızlıq taxıl əkinlərinə hazırlıq işləri aparılır

Şahbuzda payızlıq taxıl əkinlərinə hazırlıq işləri aparılır
26-09-2020, 10:18

Rayonda payızlıq taxıl əkinlərinə hazırlıq işlərinə başlanılıb. Hazırda 400 hektara yaxın sahədə şum qaldırılıb. Şahbuz rayonu dağlıq bölgə olduğu üçün payızlıq taxıl əkinləri burada digər rayonlara nisbətən tez başlanılır. Bunun üçün ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri avqust ayının sonlarından payız şumunun qaldırılmasına başlayıblar.

Şum Şahbuz şəhərində, Şahbuzkənddə, Sələsüz, Türkeş, Mərəlik, Badamlı və digər kəndlərdə aparılır. Ötən il Türkeş kəndində 343 hektar, bu il isə Sələsüz, Mərəlik və Türkeş kəndlərində 270 hektar sahədə qapalı suvarma sistemlərinin qurulması torpaq mülkiyyətçilərinin əkinlərə marağını artırıb.

Ötən il 1563 hektar sahədə taxıl əkinləri aparan torpaq mülkiyyətçiləri bu il taxıl sahələrini 1700 hektara çatdırmağı planlaşdırır. Hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiy yətinin Şahbuz Rayon Bazasına, fiziki şəxslərə və ailə təsərrüfatçılarına məxsus 15-ə yaxın texnikanın gücündən istifadə olunur. Rayonun Külüs kəndində nasos stansiyası da inşa olunur. Bu nasos stansiyası vasitəsilə Külüs kəndindəki “Düz” massivində 350 hektara yaxın sahədə uzun illərdir əkilməyən torpaq sahəsinin suvarma suyu yaxşılaşacaq. Hazırda sahələr iri daşlardan təmizlənir. Artıq 30 hektara yaxın sahədə təmizlik işləri aparılıb.

Qapalı suvarma sistemində və nasos stansiyasında işlərin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial- iqtisadi inkişafının yekunları barədə iclasda Ali Məclis Sədri qapalı suvarma şəbəkələrinin qurulmasının payız əkini mövsümünə qədər başa çatdırılması barədə tapşırıq verib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031