SON DƏQQƏ

naxcivanxeberleri.com

Koronavirusla bağlı sürətli test yaradılıb

Koronavirusla bağlı sürətli test yaradılıb
25-09-2020, 19:59

“Bosch” şirkəti koronavirus yoluxmasını cəmi 39 dəqiqəyə göstərən yeni bir avtomatik test sistemini ərsəyə gətirib.

NAXCİVANXEBERLERİ.COM şirkətə istinadən xəbər verir ki, hazırda PCR testlərinin ən sürətli variantı olan yeni sistem hava limanlarında, həmçinin avtomobil yollarının texniki xidmət stansiyaları ilə bağlı mobil test mərkəzlərində istifadə olunacaq.

Almaniyanın “R-Biopharm” biotexnoloji şirkətilə birgə hazırlanmış yeni test həm sürətli cavab verir, həm də istifadə baxımdan sadədir. Belə ki, cihaza taxılan test katriclərindən hər biri eyni vaxtda 5 nümunəni yoxlayır, müayinənin dəqiqliyi isə 98 faizdir.

İlin sonunadək yeni testlərin istehsalını 1 milyona çatdırmaq nəzərdə tutulur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031