SON DƏQQƏ

22:46 - Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN

22:26 - İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

21:17 - Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb

20:32 - Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük

20:11 - Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

19:41 - Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

19:17 - Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb-VİDEO

18:46 - İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN

18:16 - Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO

18:10 - "Zirə" yenə qələbə qazana bilmədi

17:41 - Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

17:30 - Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi

17:15 - Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

17:07 - Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

17:00 - XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

naxcivanxeberleri.com

Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində seminar-müşavirə keçirilib-FOTO

Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində  seminar-müşavirə keçirilib-FOTO
22-09-2020, 18:30

Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin və  Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə “Payız-qış mövsümü dövründə təbii qaz və elektrik enerjisindən istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması və yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə hallarının qarşısının alınması” mövzusunda seminar-müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov Naxçıvan şəhər ərazisində payız-qış mövsümü dövründə vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədi ilə keçirilən maarifləndirici tədbirlər, eləcə də Naxçıvan şəhərində yerləşən ictimai yaşayış binalarının, idarə müəssisə və təşkilatların qazanxanalarında texniki və yanğın təhlükəsizliyi tədbirlərinə əməl olunması və qazanxanada işləyən mövsümü işçilərin peşə kurslarına cəlb olunması, yeni təmir olunan ictimai yaşayış binalarının tüstü bacalarının və havaçəkmə kanallarının təmizlənməsi ilə bağlı görülən işlər və bu istiqamətdə aparılan maarifləndirmə işləri haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin rəis müavini  polis mayoru Elvin Səfərli Naxçıvan şəhərinin yaşayış məntəqlərində payız-qış mövsümü dövründə vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə görülümüş işlər və qarşıda duran vəzifələr, Naxçıvan şəhər Qaz İstismar İdarəsinin nümayəndəsi Həbib Əliyev Naxçıvan şəhərinin qəsəbə və kəndlərində qaz təsərrüfatından təhlükəsiz istifadə ilə bağlı görülmüş işlər və əhali arasında aparılan maarifləndirici tədbirlər haqqında ətraflı məlumat veriblər

Seminar-müşavirənin sonunda iştirakçılara “Qaz və elektrik qızdırıcı cihazlarından istifadə qaydaları” mövzusunda tövsiyə xarakterli  yaddaş kitabçaları təqdim ediləcək.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031