SON DƏQQƏ

naxcivanxeberleri.com

 Şərur rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

 Şərur rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib
22-09-2020, 16:40

Naxçıvan Muxtar Respublikası Ali  Məclisi  Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023–cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial lahiyələrinin icrasına  əlverişli zəmin yaradıb. Muxtar respublikada uğurla həyata keçirilən özünüməşğulluq proqramı sosial qayğıya ehtiyacı olan şəxslərin ailə təsərrüfatlarını qurmalarına, əmək potensialları çərçivəsində gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Bu baxımdan, sosial qayğıya ehtiyacı olan ailələrin aktiv əməyə cəlb edilməsi, məğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının davam etdirilməsi, özünəməşğulluq tədbirlərinin genişləndirilməsi haqqında verilmiş tapşırıqların icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu tədbirlərin davamı olaraq, sentyabr  ayının 22-də Şərur rayonunda Naxçıvan Muxtar Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə görüş keçirilib.Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında  xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin aidiyyəti qurumların nümayəndələri tərəfindən aktivlərini nümunəvi inkişaf etdirən vətəndaşların təsərrüfatlarına baxış keçirilib, müvafiq tövsiyyələr verilib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031