SON DƏQQƏ

naxcivanxeberleri.com

 Naxçıvanda bələdiyyə torpaqlarının növbəti monitorinqi aparılıb

 Naxçıvanda bələdiyyə torpaqlarının növbəti monitorinqi aparılıb
22-09-2020, 14:19

Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsində qanunvericiliyin tələblərinin qorunmasına nəzarət edilir. Bu məqsədlə  muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrin ərazilərində monitorinqlər keçirilir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin,  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət işçi qrupu növbəti monitorinqi Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində aparmışlar. Monitorinq zamanı işçi qrupun üzvləri  bələdiyyə sədrləri və üzvləri  ilə görüşərək icarəyə veriləcək bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirmişlər. Onlarla keçirilən görüşdə qeyd olunmuşdur ki, muxtar respublikamızda aqrar sahədə aparılan genişmiqyaslı islahatlar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə geniş imkanlar yaratmış, torpaqdan istifadə ilə bağlı təlabat artmışdır.

Bildirilmişdir ki, torpaq sahələrinin icarəyə verilməsi ilə əlaqədar məsələlərin həlli qanunvericiliklə tənzimlənir. Belə ki, tərəflər arasında bağlanan  icarə müqaviləsində tərəflərin hüquqları və vəzifələri Azərbaycan Respublikasının torpaq və bələdiyyə qanunvericiliyində  öz əksini tapmışdır. Bələdiyyə mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi zamanı ilk növbədə həmin ərazi üzrə bazar məzənnəsi  nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli, bələdiyyənin qəbul etdiyi qərarlar vasitəsilə rəsmiləşdirilməlidir. İcarəyə verilən torpaq sahələri ilə əlaqədar tərəflər arasında müqavilə bağlanılmalıdır. Taxıl və tərəvəz məhsullarının istehsalı məqsədilə ayrılan torpaq sahələrinin istifadəsi üçün bağlanan icarə müqavilələrinin müddəti on bir aydan çox olmamalıdır.

Bələdiyyə sədrləri müqavilə üzrə torpaqlardan təyinatı üzrə istifadə edilməsinə diqqət yetirməli, torpaqların mühafizəsi ilə bağlı tədbirlər görməli, əhalinin ehtiyacı üzrə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində maarifləndirmə işləri aparmalıdırlar.

Sonda müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış və onlara torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətlər barədə  ətraflı məlumat verilmişdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031