SON DƏQQƏ

naxcivanxeberleri.com

Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır
21-09-2020, 18:39

Qəhvəyi düyüdən istifadə xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

NAXCİVANXEBERLERİ.COM FoodNews portalına istinadla xəbər verir ki, aparılan tədqiqatların nəticələrinə əsasən, bu dənli bitkinin tərkibində olan selen və maqnezium arteriya damarlarında xolesterin toplanmasının qarşısını alır. Bundan başqa, onun tərkibindəki iltihab əleyhinə təsirə malik antioksidantlar döş və yoğun bağırsaq xərçəngi riskini azaldır.

Həkimlərin sözlərinə görə, zülal, mineral və bağırsağın fəaliyyətini tənzimləyən liflərlə zəngin olan bu növ düyü, həmçinin qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddətə toxluq hissi yaradır.

Ekspertlər qəhvəyi düyünü orta porsiyalarla yeməyi, qarnir kimi süfrəyə qoymağı, eləcə də şorba və salata qatmağı tövsiyə edirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031