SON DƏQQƏ

naxcivanxeberleri.com

 Ər-arvadın bir-birini saxlamaq vəzifəsi  necə müəyyən olunur?

 Ər-arvadın bir-birini saxlamaq vəzifəsi  necə müəyyən olunur?
21-09-2020, 12:27

Ailə qanunvericiliyinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

- əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad,

 -hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad,

-sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (uşaq 18 yaşına çatana qədər),

-18 yaşından yuxarı I dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.


Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.


 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031