SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hansı şəxslər himayədar valideyn ola bilər?

Hansı şəxslər himayədar valideyn ola bilər?
21-09-2020, 12:03

Ailə qanunvericiliyinə əsasən qeyd olunanlar  istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilər. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər, üzərinə qanunla qoyulan qəyyumluq (himayəçilik) vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər. Həmçinin, keçmiş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa, səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.

Himayədar valideynləri ailə qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) seçir.

Himayədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə qəyyumun (himayəçinin) hüquq və vəzifələrinə malik olurlar.

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930