SON DƏQQƏ

naxcivanxeberleri.com

Gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər

Gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər
21-09-2020, 09:44

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilmiş tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərini də artırmaq məqsədilə bir sıra tədbirlər görülür. Bu dəfə gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təcrübədə bölgədəki axtarış və kəşfiyyat işlərindən danışan Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin baş geoloqu Sultan Rzayev Əlincəçay ətrafında səpinti qızıl axtarışının 1960-cı illərdən başlandığını və uzun müddət ərzində bölgülər üzrə işlər aparıldığını bildirib. Qeyd olunub ki, 2016-cı ildən Qızılca-Camaldın bölgəsində axtarışlara başlanılıb. Sonra diametri 219 millimetr olan xüsusi qazma avadanlığı barədə məlumat verilib, axar suda yuyularaq qızıl nişanlarının əldə olunması öyrədilib.

İş prosesləri ilə tanışlıqdan sonra gənc ekoloq və geoloqlar Culfa şəhərindəki Geologiya muzeyində olublar. Geoloji Tədqiqat Mərkəzində də olan tələbələrə laboratoriyada daş süxurların analizi və digər iş sahələri  haqqında ətraflı məlumat verilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031