SON DƏQQƏ

naxcivanxeberleri.com

Arıçılığın inkişafı diqqət mərkəzindədir

Arıçılığın inkişafı diqqət mərkəzindədir
20-09-2020, 12:28

İnsanlar hələ lap qədimdən ən işgüzarcanlı kimi bildiyimiz arılarınməhsulu olan balı qida olaraq sevib,ondan təbabətdə də geniş istifadəediblər. Bu səbəbdəndir ki, həmindövrdə bal bütün dərdlərin dərmanı,arıçılıqla məşğul olanlar isə loğmanlarsayılıb. Tarixi mənbələr göstərir ki,ölkəmizdə arıçılıq hələ eramızın IIIIIminilliyində mövcud olub. Ortaəsrlərdə bal və mum yerli əhalininehtiyaclarını ödəməklə yanaşı, ipək,duz və digər məhsullarla birlikdə ix -rac edilib. İnsanlar həmişə bal arılarınamöcüzəvi canlılar kimi baxıblar.Digər tərəfdən İslam dünyasınınmüqəddəs kitabı olan “Qurani-Kərim”in 16-cı – Ən-Nəhl (bal arısı)surəsinin 68-69-cu ayələrində beləbuyurulur: “Rəbbin bal arısına beləvəhy (təlqin) etdi: “Dağlarda, ağaclardavə (insanların) qurduqları çardaqlarda(evlərin damında, üzümlüklərdə)özünə evlər tik (pətəklərsal). Sonra bütün meyvələrdən ye vəRəbbinin sənə göstərdiyi yolla rahat(asanlıqla) get! (Və ya: “Rəbbininyollarını itaətlə tut”) (O arıların) qarınlarındaninsanlar üçün şəfa olanmüxtəlif rəngli (ağ, sarı, qırmızı) balçıxar. Şübhəsiz ki, bunda da düşünübdərk edənlər üçün bir ibrət vardır!”Həqiqətən də bal arısının istehsal etdiyiməhsul bal rəbbimiz tərəfindəninsanlar üçün şəfa mənbəyi olaraqyaradılıb.Araşdırmalardan aydın olur ki,Azərbaycan əhalisi tarixən əkinçilik,maldarlıqla yanaşı, yardımçı təsərrüfatsahəsi kimi arıçılıqla da məşğul olublar.Xüsusən dağ və dağətəyi bölgələrdəgeniş şəkildə məşğul olunanbu təsərrüfat sahəsi inkişaf etdirilərəkənənəvi üsullarla ildən-ilə arı ailələrivə məhsul çeşidi artırılıb.Naxçıvanda arıçılıq vəhşi arı balıtoplamaq, meşə arıçılığı və mütərəqqiarıçılıq kimi inkişafın bütün mərhələlərinikeçib. Şahbuz rayonundakıBallıqaya qədim arıçılıq məskənlərindənhesab olunur.Qədim ənənələrə malik olan Şahbuzrayonunun coğrafi vəziyyəti, iqlimivə bitki örtüyü burada kənd təsərrüfatının,xüsusilə də arıçılığın inkişafınageniş imkanlar açır. Bu səbəbdəndə rayonda arıçılığın inkişafıdaim diqqətdə saxlanılır.Məlumdur ki, ailə təsərrüfatlarıiçərisində daha çox gəlir gətirən vədiqqətçəkən sahələrdən biri də məhzarıçılıqdır. Son illərdə isə arıçılığıninkişafı, eləcə də bu sahədə məhsuldarlığınyüksəldilməsi üçün davamlıtədbirlər görülür. Arı ailələrinin vəarıçılıq məhsullarının çeşidinin artırılması,arıçılıqda xəstəliklərə qarşımübarizə tədbirlərinin gücləndirilməsikeyfiyyətli məhsul istehsalına və bazarınyerli istehsal hesabına təminolunmasına şərait yaradıb. XüsusiləNaxçıvan Muxtar Respublikası AliMəclisi Sədrinin 2016-cı il 18 noyabrtarixli Sərəncamı ilə təsdiq edilmiş“2017-2022-ci illərdə Naxçıvan MuxtarRespublikasında arıçılığın inkişafıüzrə Dövlət Proqramı”nın icrası istiqamətindəgörülən işlər bu sahə iləməşğul olan təsərrüfat sahiblərinin,eləcə də arı ailələrinin sayını artırıb.Göstərilən diqqət və qayğı nəticəsindəhazırda rayonda 26865 arı ailəsi saxlanılır.Sevindirici haldır ki, rayonun zəhmətkeşarıçıları hər il ənənəvi olaraqNaxçıvan şəhərində keçirilən “Arıçılıqməhsulları-bal festivalı”na müxtəlifçeşiddə arıçılıq məhsulları çıxarmaqlaŞahbuz balının, eləcə də digər arıçılıqməhsullarının rayonun hüdudlarındankənarda tanıdılmasına nail olublar.Arıçılıq bizim ailə peşəmizdir, deyənrayon sakini Allahverdi Allahverdiyevləhəmsöhbət olduq. Müsahibimindediklərindən:- Arıçılıq çox zəhmət tələb edənsahələrdəndir. Yazın gözü açılandanta bu günə kimi arı yeşikləri üzərindəçalışıram. İyirmi ildən çoxdur, busahəyə marağım var. Bu, mənim sevimlipeşəmdir. Arıçılığa marağımata-babamdan keçib mənə və elə babamdanda arıçılığın sirlərini öyrənmişəm.Ailəmizdə əməyə münasibəthər zaman yüksək olub. Evdə babam-atam tərəfindən bizə daima zəhmətsevərliktəbliğ olunub, işgüzarböyüdülmüşük. Babam tanınmış arıçılardanolub və elə mən də babamınyolunu davam etdirərək arıçılıqlaməşğul olmağı qarşıma məqsəd qoydumvə bu gün düşünürəm ki, fikirlərimdəheç də yanılmamışam.Əvvəlcə, bu çətin və məsuliyyətliişə 5 arı ailəsi saxlamaqla başladım.Düzünü desəm, ilk illərdə çox böyükçətinliklərlə qarşılaşmışam. Əvvəllərdərman preparatlarını almaq üçünqonşu ölkələrə getmək məcburiyyətindəqalırdıq. Bəzən dərmanlarıəldə edə bilmirdik. Ancaq müstəqillikqazandıqdan sonra muxtar respublikamızdaarıçılığın inkişafına diqqətxeyli artdı. Torpaq kəndlinin özünəverildikdən sonra əkin ərazilərininxeyli genişləndirilməsi bu sahənininkişafına müsbət təsir göstərdi. Bugün muxtar respublikamızda arıçılarüçün yaradılan şərait keyfiyyətliməhsul istehsalı ilə yanaşı, arı ailələrininsayının artmasına da səbəbolub. Təkcə mən son illərdə arı ailələrimiikiqat artırmağa nail olmuşam.Hazırda təsərrüfatımda heç birçətinlik çəkmədən 110 arı ailəsi saxlayıram.Müsahibim arılara qulluq haqqındadanışaraq deyir ki, bu işi əsasən,erkən yaz, beçə, bal və ya məhsul,qış dövrü olmaqla, dörd dövrə bölünməkləhəyata keçirilir. Qışlamadansonra arılarda əsasən yaz yoxlanışıaparılır. Bu yoxlanış hava şəraitindənasılı olaraq dəyişir. Arı ailələri fevralınsonlarından başlayaraq, may ayı boyuncadaha çox xüsusi diqqət vəqulluq tələb edir. Arıxanada ailələrəbaxış günəşli və sakit günlərdə aparılır.Bu zaman ailənin gücü, ana arınınvarlığı, işçi arıların, yumurta və sürfəninvəziyyəti, yem ehtiyatı yoxlanılır.Həmin vaxt yuvanı yaxşı hörülmüşşan, kifayət qədər keyfiyyətli bal vəgüləm ilə təmin etmək ana arının intensivyumurta qoymasına şərait yaradır.Təcrübəli arıçı bildirir ki, BozdağQafqaz arı cinslərinin Naxçıvan popul -yasiyaları, əsasən, qışlamadan çoxtez çıxır. Və bu erkən qışlamadan çıxanarılarda inkişaf daha yaxşı olur.Arı ailəsinin sürətli inkişafı həm dəonun kifayət qədər yemlə təmin olunmasındanasılıdır. Əgər qışlamadansonra yem az olarsa, arı ailələri zəifləyərvə yaxşı bal verməz.İqtisadi cəhətdən yüksək səmərəliliyiilə seçilən arıçılığın inkişafınadövlət qayğısı hamımızı sevindirir.Mən də yaradılan bu şəraitdən bəhrələnərəkson illər təsərrüfatımı xeyliinkişaf etdirmişəm.Allahverdi Allahverdiyev həm dəŞahbuz rayonunda yerləşən “NaxçıvanArıçılığı” Məhdud MəsuliyyətliCəmiyyətinin direktorudur. Keçən ilyaradılan və bu ilin mart ayındanfəaliyyətə başlayan cəmiyyət hazırdasənaye üsulu ilə yüksəkkeyfiyyətlimum vərəqi istehsalı ilə məşğuldur.Gələcəkdə dövlətin dəstəyi və qayğısıilə damazlıq arı ailələrinin yaradılması,arıçılıq məhsullarının qablaşdırılmasıvə xaricə çıxarılması işlərini həyatakeçirmək cəmiyyətin əsas məqsədlərisırasındadır.Sələsüz kəndində uzun illərdir ki,arıçılıqla məşğul olan Etibar Məmmədovisə deyir ki, yurdumuzundilbər guşəsi olan Şahbuz torpağı,onun xoş ətirli, gülzar təbiəti buradaarıçılığın inkişafına geniş imkanlaraçır.Bir müddət bu sahəyə olan etinasızlıq,dərman preparatlarının çatışmazlığıucbatından arı ailələri kütləvişəkildə tələf olsa da, böyük zəhməthesabına öz təsərrüfatımı dirçəldəbildim. Əvvəllər kəndimizdə insanlarbu təsərrüfat növü ilə özlərinin balaolan ehtiyaclarını təmin etmək məqsədiüçün məşğul olurdular. Ona görədə hər həyətdə demək olar ki, 5-dənartıq arı pətəyi saxlanmırdı. Ancaqbu gün dövlətimiz tərəfindən bu təsərrüfatsahəsinə göstərilən diqqətvə qayğı sayəsində insanlar arıçılıqlatəkcə öz azuqələri üçün deyil, həmdə dolanışıqlarını təmin etmək üçünməşğul olurlar.Hazırda mənim 120 arı ailəm var.Balın satışından götürdüyüm gəlirailəmin dolanışığını təmin edir. Məhsulkeyfiyyətli olduğu üçün necə deyərləralıcısı başımın üstündədir. Gəlirlisahə olduğundan əhali arasındaarı ailəsi saxlamağa maraq çoxalıbvə mənim kimi bu işlə məşğul olanbütün arıçılar bu sahədən yaxşı nəticələrəldə edə bilirlər. Əldə etdikləribol məhsulla ailələrinin illik dolanışıqlarınıtəmin edən baltutarlar da azdeyil.Mən də uzun illərdir ki, bu sahəilə məşğul oluram. Bu, mənim sevimlipeşəmdir. İnsan gərək sevdiyiişlə məşğul olsun, onun sirlərini dərindənğrənsin. Mən də işimin sirrinəyaxşı bələdəm. Arı ailələrimin sayınıson 5-6 ildə artıraraq 120-yə çatdırmışam.Buna səbəb rayonumuzuntəbii iqlim şəraitidir. Rayonda busahəyə maraq demək olar ki, ildəniləartır. Hətta muxtar respublikanınbir sıra yaşayış məntəqələrindən dəyay mövsümündə arı ailələri rayonumuzunərazisinə köçürülür. İqtisadicəhətdən yüksək səmərəliliyi ilə seçilənarıçılığın inkişafına dövlət qayğısıhamımızı sevindirir. Mən də yaradılanbu şəraitdən bəhrələnərək sonillər təsərrüfatımı xeyli inkişaf etdirmişəm.Etibar Məmmədov təsərrüfatçılaragöstərilən qayğıya görə minnətdarlıqedərək bildirdi ki, bu gün muxtarrespublikada arıçılığın inkişafı, eləcədə bu sahədə məhsuldarlığın yüksəldilməsiüçün davamlı tədbirlərgörülür. Nəticədə arıçılara balsüzəndəzgahların, arı pətəklərinin və digəravadanlıqların lizinq yolu ilə verilməsi,arı ailələrinin və arıçılıq məhsullarınınçeşidinin artırılması, arıçılıqda xəstəliklərəqarşı mübarizə tədbirlərinindövlət vəsaiti hesabına aparılmasıkeyfiyyətli məhsul istehsalına və bazarınyerli istehsal hesabına təminolunmasına şərait yaradıb.

Pərviz HACILI

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031