SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərəkdə taxıl əkininə hazırlıq davam edir

Sədərəkdə taxıl əkininə hazırlıq davam edir
19-09-2020, 15:57

Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ərazinin torpaqiqlim şəraiti bu vacib sahənin inkişafı üçün əlverişlidir. Odur ki, intensiv becərmə texnologiyalarına üstünlük verməklə əkin sahələri ilbəil genişləndirilir. Cari ilin məhsulu tədarük edilən kimi əkinlərin saman və küləşindən kip vurularaq sahədən yığışdırılmış, şum işinə başlanmışdır. Bu məqsədlə əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri öz bəhrəsini verməkdədir. Əkiləcək sahələrə kifayət qədər şum etmək üçün traktorlar çıxarılmış, həmin texnikalar üçün tələb olunan ehtiyat hissələri əldə edilmiş, yanacaq ehtiyatı tədarük edilmişdir. Texniki vasitələrin sazlığı şum kampaniyasının vaxtında başa çatdırılacağına əminlik yaradır. Mexanizatorlar öz işlərinə məsuliyyətlə yanaşaraq keyfiyyətli şum aparılmasına zəmin yaradırlar. Taxıl əkininə tezliklə başlamaq üçün torpaq mülkiyyətçiləri vaxtdan səmərəli istifadə edirlər. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günə qədər 730 hektar sahədə şum aparılmışdır. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən artıq əkin sahələri becərmək əzmindədirlər. Bunun üçün hərtərəfli imkanlar yaradılmışdır. Belə ki, onların keyfiyyətli və məhsuldar toxum sortları ilə təminatı da diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Yaxın günlərdə rayonun torpaq mülkiyyətçiləri əkin kampaniyasına başlayacaqlar. Onlar cari ildə əldə edilən nəticəni son hədd hesab etmir, qarşıdakı ildə daha yüksək nəticələr qazanmağı qarşılarına məqsəd qoymuşlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031