SON DƏQQƏ

naxcivanxeberleri.com

İcbari təlimin nəticəsinə dair onlayn imtahan keçirilib

İcbari təlimin nəticəsinə dair onlayn imtahan keçirilib
18-09-2020, 19:33

Muxtar respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadrların ədliyyə orqanlarına şəffaf müsabiqə yolu ilə qulluğa qəbulu, layiqli vətəndaş və dövlət qulluqçusu kimi formalaşdırılması, onların bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilir.

Nazirliyin yerli icra və probasiya qurumlarında kadr potensialının gənc hüquqşünaslar hesabına gücləndirilməsi məqsədilə həmin qurumlarda icra məmuru vəzifələrinə qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Ədliyyə Akademiyasının təşkil etdiyi onlayn  icbari təlimə cəlb olunmuşlar.

Təlim mövcud şəraitlə bağlı distant formada aparılmış və yekunları üzrə onlayn imtahan keçirilmişdir. İmtahanda iştirak edən 6 namizəd məqbul qiymət almış, müvəffəqiyyət əldə etmiş namizədlər ədliyyə orqanlarında peşə fəaliyyəti ilə məşğul olmaq hüququ qazanaraq müvafiq şəhadətnamələr almışlar. Nazirliyin əməkdaşı onlayn imtahanda komissiya üzvü kimi iştirak etmişdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031