SON DƏQQƏ

naxcivanxeberleri.com

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
18-09-2020, 19:09

Sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 20 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031