SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda teatrların açılması müzakirə olunur

Azərbaycanda teatrların açılması müzakirə olunur
18-09-2020, 17:19

"Teatrların fəaliyyətini ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr olunur". 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

"Bildiyimiz kimi bu haqda qərarlar Operativ Qərargah tərəfindən verilir və hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də diqqətdə saxlanılır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası da nəzərə alınır.  Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və  onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir",- A.Kərimov bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031