15:08 - Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
14:52 - Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
14:44 - Sabahın hava proqnozu açıqlanıb
14:38 - İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
14:29 - Agentlik: Vətən müharibəsinin 700-ə yaxın qazisi işlə təmin olunub
14:20 - Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək
14:13 - Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
13:51 - Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında
13:39 - Türkiyə sahillərində zəlzələ qeydə alınıb
13:30 - Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
13:22 - 25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
13:20 - I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
NAXCİVANXEBERLERİ.COM-un DTX-nin saytına istinadən məlumatına görə, araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.
Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçmişdir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.