SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron xidmətin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron xidmətin təqdimatı olub
16-09-2020, 16:10

   Muxtar respublikada dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin həcmi ilbəil artmaqdadır. Son dövrlərdə bu istiqamətdə yeni layihələr icra edilir, mütərəqqi və innovativ yeniliklər tətbiq edilir. Sosial müdafiə sahəsində də bu istiqamətdə fəaliyyət təkmişlləşdirilir, yeni elektron xidmətlər istifadəyə verilir.

         Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında, elektron xidmətlərin genişləndirilməsinə dair verilmiş tapşırığın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron məlumat bazası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 15-də Nazirliyin inzibati binasında tədbir keçirilib. Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin əməkdaşı Yusif Piriyev Muxtar respublika üzrə müavinət, təqaüd və kompensasiya ödənilən vətəndaşlar haqqında yaradılmış mərkəzləşdirilmiş məlumat bazasının istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, yeni istifadəyə verilən baza Dövlət Sosial Təminat Xidməti ilə onun yerli bölmələri arasında müvafiq məlumat mübadiləsinin operativ və çevik qaydada təşkil etmək üçün yaradılıb. Bu məqsədlə Nazirlikdə bütün növ ödənişlərin müvafiq elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq bazaya daxil edilməsi və məlumatların vahid mərkəzdən idarə olunması üçün server quraşdırılıb.

         Daha sonra sözügedən məlumat bazasının əhəmiyyətindən danışılıb, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

         Qeyd edək ki, dizayn və funksionllıq baxımından müasir tələblərə cavab verən mərkəzləşdirilmiş məlumat bazası, Dövlət Sosial Təminat Xidmətinin və müvafiq yerli təşkilatların əməkdaşlarının faəliyyətində operativliyin və səmərəliliyin artırılmasına zəmin yaradacaq, bu sahədə elektron xidmətləin əhatə dairəsinin daha da genişləndirilməsinə təkan verəcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930