SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Musiqi Kollecinin “Buta" muğam ansamblının Babək rayonunda konserti olub

Naxçıvan Musiqi Kollecinin “Buta
6-03-2019, 11:57

Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.

Qeyd edək ki, hazırda Naxçıvan Musiqi Kollecində 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bu təhsil ocağının 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, Naxçıvan Musiqi Kolleci milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə etmişdir. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıq fəaliyyət göstərən kollecdə müxtəlif musiqi kollektivləri də yaradılmışdır. “Buta” muğam ansamblı da bu kollektivlərdən biridir. Kollektiv gənc muğam ifaçılarından və müğənnilərdən ibarətdir. Kollektivin üzvləri maraqlı konsert proqramları ilə ictimaiyyət qarşısında çıxış edirlər. “Buta” muğam ansamblının Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır.

Konsert Samir İsmayılovun ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranəsi” ilə başlayıb.

“Buta” muğam ansamblının solistləri Yamil Vəliyev, Azər Əkbərov, İlkin Abdullayev, İnci Quluzadə, Xalid Həsənov, Kənan Cəfərov, Ağaxan Məmmədov, Əbülfəz Məmmədov muğam və təsniflər, xalq və bəstəkar mahnıları ifa ediblər. Ansamblın üzvlərinin ifasında səslənən Ramiz Mirişli, Əlibaba Məmmədov, Rauf Hacıyev, Emin Sabitoğlu, Oqtay Kazıminin “Ay qəlbi kövrək”, “Vətən”, “Azərbaycan”, “Nə gözəldir Azərbaycan”, “Mehriban insanlar” bəstəkar mahnıları, “Ay ayrılıq”, “Aşiqəm” xalq mahnıları konsert iştirakçılarında xoş ovqat yaradıb. Konsertdə Əkbər Əliyev və Gülnar Qasımovanın ifa etdiyi rəqs alqışlarla qarşılanıb.

Konsert Ağaxan Məmmədovun ifasında Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə başa çatıb.

Konsert rayon sakinlərində xoş ovqat yaradıb. Naxçıvan Musiqi Kollecinin “Buta" muğam ansamblının Babək rayonunda konserti olub Naxçıvan Musiqi Kollecinin “Buta" muğam ansamblının Babək rayonunda konserti olub
 Naxçıvan Musiqi Kollecinin “Buta" muğam ansamblının Babək rayonunda konserti olub

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930